Azərbaycan millisinin Monteneqro ilə oyununun hakimləri açıqlanıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının 2-ci turunun oyununa təyinatlar açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Maral Mirzai Beniyə Camilla Stendahl və Tilde Larsson laynsmanlar qismində kömək göstərəcək.
Dördüncü hakim funksiyasını Hanna Lajanen yerinə yetirəcək.
Sentyabrın 26-də Podqoritsada keçiriləcək oyun saat 20:00-da başlayacaq. Azərbaycan milli komandası sentyabrın 22-də Kipri qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin