“Barselona” keçmiş futbolçusuna vəzifə verdi

“Barselona”nın sabiq hücumçusu Boyan Krkiç keçmiş klubunda futbol koordinatoru olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Krkiçin əsas vəzifəsi gənclərin futbol şöbəsinin müdiri Alesanko ilə birlikdə akademiyada gənclərə nəzarət etmək olacaq.

Daha əvvəl mətbuatda Krkiçin digər klublarda icarə əsasında çıxış edən “Barselona”nın gənc oyunçularını izləyəcəyi, həmçinin, kataloniyalıların tələbələrinin əsas komandaya transferinə cavabdeh olacağı bildirilirdi.

“Barselona”nın yetirməsi olan 33 yaşlı sabiq futbolçu 2007-2011-ci illərdə əsas komandanın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button