Orxan Məmmədov “Zirə”nin Çempionlar Liqasındakı çıxışını qiymətləndirdi

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov “Zirə” minifutbol komandasının Çempionlar Liqasındakı nəticələrini yüksək qiymətləndirib.

AMF-nin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Məmmədov bunu qitəmiqyaslı turnirdə bürünc medal qazanan kollektivi qəbul edərkən deyib.

O, futbolçuları təbrik edib, növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb.

Ardından baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib. Sonda komanda üzvləri ilə xatirə şəkili çəkdirilib.

“Zirə” Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yer uğrunda görüşdə yerli AEK klubunu 5:1 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button