Ərəblər Riçarlisonu da “qaralayıb”
“Tottenhem”in hücumçusu Riçarlison “Əl-İttihad”ın maraq dairəsindədir.
Komanda.az “Sky Sports”-a xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu transfer pəncərəsinin son günündə 26 yaşlı braziliyalı üçün təklif etsə də, rədd cavabı alıb.
Riçarlison 2022-ci ilin iyulundan “Tottenhem”də çıxış edir. O, bu mövsüm 5 oyun keçirib və 1 qol vurub. Onun “Tottenhem”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin