Braziliya millisi rekordunu yeniləyib
Braziliya millisi Cənubi Amerika rekordunu yeniləyib.
Komanda.az xəbər verir ki, komanda dünya çempionatının seçmə mərhələlərində məğlubiyyətsizlik seriyasını 35 oyuna çatdırmaqla buna nail olub.
“Sambaçılar” DÇ-2026-nın seçmə mərhələsində Boliviyanı 5:1 hesabı ilə məğlub ediblər. Braziliya yığması bu göstərici ilə dünyada ən yaxşı üçüncü seriyaya malikdir.
Rekord İspaniyaya məxsusdur. “Buğalar” 1993-2021-ci illər aralığında 66 matçda uduzmayıblar. Almaniya millisi isə ardıcıl 36 görüşdə məğlubiyyətlə üzləşməyib.
Boliviya ilə görüşdə dubla imza atan Neymar isə 79 qolla milli tarixinin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib. O, hesabında 77 qol olan əfsanəvi Pelenin rekordunu yeniləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin