İlk dəfə “qızıl top”a namizədlər arasında

“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “France Football”ın təsis etdiyi ilin ən yaxşı oyunçusuna verilən “qızıl top” mükafatına namizəd olub.

Komanda.az xəbər verir ki, gürcüstanlı futbolçu karyerasında ilk dəfə ilin ən yaxşı oyunçusu adına namizədlər siyahısına daxil edilib.

Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”nin şərəfini qoruyur. 22 yaşlı futbolçu komandayla bütün turnirlərdə 45 oyunda 14 qol vurub və 18 qolun ötürməsini verib.

2023-cü ilin “qızıl top” mərasimi 30 oktyabrda, Parisdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button