“Bilirdim ki, yerimə yeni futbolçular gələcək” – Henderson

Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun yarımmüdafiəçisi Cordan Henderson “Liverpul”u niyə tərk etmək qərarına gəldiyini açıqlayıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızılar”ın sabiq kapitanı ayrılma səbəbinin bir neçə amillə bağlı olduğunu bildirib:

“Yurgen Kloppla çox yaxşı münasibətim var. O, mənimlə səmimi idi. Söhbətin təfərrüatlarına varmayacam, çünki bu, şəxsi xarakter daşıyır. Amma başa düşdüm ki, gələn mövsüm o qədər də çox oyunda iştirak edə bilməyəcəm. Bilirdim ki, yerimə yeni futbolçular gələcək. Hər kəs bilir ki, bu klubda nə qədər vaxt keçirdiyimi, neçə il kapitan olduğumu nəzərə alsaq, oynamamağım mənim üçün çox çətin olacaqdı”.

Henderson bu yay Səudiyyə Ərəbistanı klubuna keçib. O, “Liverpul”dan “Əl-İttifaq”a keçdikdən sonra ən çox maaş alan ingilis futbolçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button