“Messi də Parisdə mənim kimi “cəhənnəm”ə düşdü” – Neymar
“Əl-Hilal”ın hücumçusu Neymar argentinalı futbolçu Lionel Messi ilə birgə PSJ-də keçirdikləri vaxtdan danışıb.
Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu PSJ-dəki günlərini “cəhənnəm” adlandırıb:
“Messinin DÇ-2022-dəki uğuruna görə çox xoşbəxt idim. Messi Argentina millisi ilə “cənnət”ə getdi, son illərdə hər şeyi qazandı.
Amma Messi də Parisdə mənim kimi “cəhənnəm”ə düşdü. Üzüldük, çünki ora bir səbəblə, əlimizdən gələni etmək və Çempionlar Liqasını qazanmaq, tarix yazmağa çalışmaq üçün getmişdik. Təəssüf ki, uğur qazanmağa vaxtımız olmadı”.
Hər iki futbolçu bu yay PSJ-dən ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin