Azərbaycan millisinin 2 oyun üçün heyəti açıqlandı – SİYAHI

AÇ-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi heyətə 26 futbolçu cəlb edib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı iştirakını nəzərə alaraq onun Belçika ilə oyundan sonra düşərgəni tərk etmək istəyini müsbət qarşılayıb.

Yığma komanda sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək.

AD, SOYADKLUB
Şahrudin MəhəmmədəliyevQarabağ
Səlahət AğayevSəbail
Yusif İmanovSabah
Aleksey İsayevSabah
Amin SeydiyevSabah
Anton KrivotsyukDaejon Hana (Cənubi Koreya)
Bəhlul MustafazadəQarabağ
Bəxtiyar HəsənalızadəTuzlaspor (Türkiyə)
Coşqun DiniyevUmraniyəspor (Türkiyə)
Elvin BədəlovSumqayıt
Elvin CamalovSabah
Elvin CəfərquliyevQarabağ
Emil SəfərovQəbələ
Emin MahmudovNeftçi
Filip OzobiçNeftçi
Höccət HaqqverdiNeftçi
Mahir EmreliDinamo (Zaqreb, Xorvatiya)
Musa QurbanlıYurqorden (İsveç)
Ozan Can KökçüEyndhoven (Niderland)
Qismət AlıyevZirə
Rahil MəmmədovQarabağ
Ramil ŞeydayevBuriram Yunayted (Tailand)
Renat DadaşovQrasshopper (İsveçrə)
Rüstəm ƏhmədzadəZirə
Toral BayramovQarabağ
Yusif NəbiyevSəbail
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button