İstanbuldakı oyuna bilet satışı başladı

“Liverpul”la”Çelsi” arasında keçiriləcək UEFA superkuboku matçına bilet satışı başlayıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 14-də keçiriləcək oyuna biletlər bu gündən satışa çıxarılıb. Türkiyənin İstanbul şəhərində yerləşən “Vodafone Arena” stadionunda oynanılacaq qarşılaşmanın bilet qiymətləri 50-150 avro arasında dəyişir.

UEFA superkubokunda Çempionlar Liqasının son qalibi “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşacaq. Matç avqustun 14-də, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button