Novruzovun komandası uğursuz gedişata son qoydu

Litva 1-ci liqasında 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Qarliava” ilə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.

Nurlan da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Yonava” 21 turdan sonra 11 xalla sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button