“Keyn bir sıra səbəblərə görə bizim üçün vacib idi” – “Bayern” rəsmisi
“Bayern”in İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge Münhen klubuna 100 milyon avrodan çox müqabilində keçən hücumçu Harri Keyni transfer etməyin vacibliyindən danışıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Rummenigge, Keynin “Bayern” üçün önəmli olduğunu bildirib:
“Harri Keyn bir sıra səbəblərə görə bizim üçün vacib idi. Sonda danışıqlar zamanı dedim ki, mən tamamilə açığam: on milyon avro sola və ya sağa, artıq bu transferə mane olmamalıdır! Çünki Harri Keyn özünün atletik keyfiyyətləri ilə yanaşı, bizə daha bir çox vacib faktı qaytarır: məhz iyerarxiya!”.
İngiltərəli futbolçu yay transfer pəncərəsində 100 milyon avro və 20 milyon avro bonus qarşılığında “Tottenhem”dən “Bayern”ə keçib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Facebook-da izləyin