Əvvəlcə “Qarabağ”, sonra “Olimpiya”

“Qarabağ”ın və Sloveniya “Olimpiya”sının UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində son məşqlərinin vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, hər iki komanda son hazırlığını matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda görəcək.

Avqustun 30-da, saat 18:30-da ilk olaraq Azərbaycan çempionu meydana çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov mətbuat konfransında iştirak edəcək.

Qonaq komandanın açıq məşqi isə saat 20:00-a planlaşdırılıb. Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike saat 21:20-də media nümayəndələrinin sualarını cavablandıracaq.

Avqustun 31-də keçiriləcək görüş saat 20:00-da başlayacaq. Sloveniyadakı ilk qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button