“Çempionluq yarışına qatıla bilərik” – “Zirə”nin legioneri
“Zirə”nin futbolçusu Abbas İsmayıl Azərbaycan Premyer Liqasının “Sabah”la matçından sonra (1:0) fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, Masazır təmsilçisi ilə matçın gərgin keçdiyini söyləyib:
“Oyun çox stresli və gərgin məcrada keçdi. Bu, gözlənilən idi. Həftə ərzində “Sabah”la oyunla bağlı analizlər aparmışdıq. Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, bu matçdan sonra istirahətə çox vaxt ayırmaq lazım deyil. Artıq növbəti matç barədə fikirləşməliyik”.
Abbas, “4 oyun, 4 qələbə… Bu, komandada arxayınlıq yaratmaz” sualını belə cavablayıb:
“Düşünürəm ki, bütün komanda yoldaşlarım və mən yeni mövsümdən etibarən mentalitetimizi tamamilə dəyişmişik. Mental olaraq çempionluq yarışına qatıla bilərik. Arxayınlaşmağa vaxtımız yoxdur. Önümüzdəki matçlara baxmalıyıq”.
O, çempionatın 5-ci turunun “Qəbələ” ilə matçının heç də asan keçməyəcəyini dilə gətirib:
“Qəbələ” ilə oyun heç də asan olmayacaq. Çempionatda hansısa oyunun rahat olacağını deyə bilmərik. Oyundan-oyuna inkişaf etməli və hər bir rəqibə qarşı yüksək səviyyədə hazırlaşmalıyıq. “Qəbələ”yə qarşı daha yaxşı hazırlaşmaq lazımdır”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin