“Monako”nun keçmiş futbolçusu “Qarabağ”a keçə bilər
Braziliyanın U-17 və U-20 millisinin keçmiş futbolçusu Qabriel Boskiliya “Qarabağ”a keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “terra.com.br” saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, ölkəsində “Koritiba” klubunun formasını geyinən 27 yaşlı yarımmüdafiəçi tezliklə “Qarabağ”la münasibətləri rəsmiləşdirəcək. Boskiliya artıq “Koritiba” ilə yollarını ayırıb.
Əsas mövqeyi pleymeyker olan “sambaçı” sağ və sol vinger kimi də çıxış edə bilir. O, karyerası ərzində Fransanın “Monako”, “Nant”, Belçikanın “Standard” klublarında legioner həyatı yaşayıb. Futbolçu ölkəsində “İnternasional”ın da formasını geyinib.
Bu mövsüm “Koritiba”nın heyətində 13 oyunda meydana çıxan Boskiliya 3 matçda start heyətində yer alıb və 1 qol vurub.
Bizi Facebook-da izləyin