Lukakunu “zənci” adlandırdı, işdən qovuldu
İtaliyalı jurnalist Luidşi Furini “Çelsi”nin hücumçusu Romelu Lukakunu “zənci” adlandırdığı üçün işdən qovulub.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, Luidşinin çalışdığı media qurumunun rəhbəri jurnalistin adından üzr istəyib. Furi isə işlətdiyi sözə görə üzr istəməkdən imtina edib.
Lukaku ötən mövsümü icarə əsasında “İnter”də keçirib. “Neradzurra”nın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxan Lukaku 14 qol vurub və 7 məhsuldar ötürmə edib.
Yay transfer pəncərəsində onun “Yuventus”a keçəcəyi deyilirdi. Son xəbərlərə görə, “Roma” futbolçunu heyətinə qatmaq istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin