“Əl-Əhli” 21 yaşlı futbolçu ilə razılıq əldə edib
“Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa klubu “Əl-Əhli”nin 21 yaşlı futbolçu üçün göndərdiyi təklifi qəbul edib.
“Əl-Əhli”ni çalışdıran Mattias Vayle Veyqanın keçidə razılıq verməsində xüsusi rol oynayıb. Pro Liqa təmsilçisi gənc oyunçunu transfer etməkdə israrlıdır.
Roberto Firmino, Riyad Mahrez, Eduard Mendi kimi oyunçular yay transfer pəncərəsində Pro Liqa klubuna keçib.
Veyqa 2022/23 mövsümündə “Selta”nın heyətində bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin