Almaniyalı xanım idmançı Halanda meydan oxudu

Almaniyalı idmançı Alisa Şmidt 400 metr məsafəyə qaçışda “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandla qarşılaşmaq istəyir.

Komanda.az “Dagbladet”-ə istinadən xəbər verir ki, Alisa açıqlamasında Halanda meydan oxuyub:

“Düşünürəm ki, 400 metr məsafədə onu məğlub edərdim. Ancaq 200 metrdə bu, daha çətin olardı. Halanda qarşı bu dueli təşkil etmək mümkün olsa, məmnuniyyətlə qəbul edərdim. Düşünürəm ki, ona dəvət göndərməliyəm, hər zaman hazıram. Haland, hazırsansa, hansımızın daha sürətli olduğunu yoxlamaq istərdim”.

24 yaşlı atlet 2019-cu ildə Avropa çempionatının bürünc medalını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button