2-ci Liqada yeni mövsümün formatı müəyyənləşib

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 2023/2024 mövsümünün formatı müəyyənləşib.

Komanda.az xəbər verir ki, oyunlar sentyabr-noyabr və mart-may aylarında keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev püşkatma mərasimi zamanı məlumat verib. O, bunu arenaların durumu ilə əlaqələndirib:

“Qış aylarında meydançaların durumu yaxşı vəziyyətdə olmadığı üçün belə qərara gəldik. İşlədikcə problemləri görəcəyik. Amma problemdən qorxmaq lazım deyil. Bəzi komandalar ilk dəfədir ki, peşəkar yarışda təmsil olunacaqlar. Bu səbəbdən, infrastrukturla bağlı problemlərin olması başadüşüləndir”.

Şahgəldiyev 2-ci Liqada sonuncu yeri tutan komandanın Region Liqasına düşəcəyini deyib:

“Maraqlı və gərgin çempionat gözləyirik. Çünki idman prinsipləri qorunacaq. 2-ci Liqada sonuncu yeri tutan komanda Region Liqasına düşəcək, 13-cü olacaq klub isə Region Liqasının ikincisi ilə pley-off oynayacaq”.

2-ci Liqada mövsümə sentyarın 4-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button