Keçmiş futbolçu “Çelsi”nin yeni transferini “yıxıb-sürüdü”

İngiltərə millisinin sabiq futbolçusu Cimi Karrager “Çelsi”də debütündən sonra Moyses Kaysedonu tənqid edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Karrager matçı şərh edərkən yeni transfer haqqında bunları söyləyib:

“Kaysedo kabusdur! O, pis, tənbəl seçimdir”.

Kaysedo İngiltərə Premyer Liqasının 2-ci turunda keçirilən “Çelsi” – “Vest Hem” matçında (1:3) 8 dəfə topu itirib, 2 dəfə kobudluq edib. İkinci hissənin əsas vaxtında Kaysedonun cərimə meydançasında etdiyi qayda pozuntusuna görə “Çelsi”nin qapısına penalti təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button