Dadaşovun dublu “Dinamo”ya qələbə qazandırdı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 4-cü turunda “Altqlinikke” ilə qarşılaşıb.

Matç “Dinamo”nun 3:1 hesablı səfər qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk iki qolunu da Rüfət vurub. O, 45 və 74-cü dəqiqələrdə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button