Llorisin “Latsio”ya keçidi bu səbəbdən baş tutmayıb

“Tottenhem”in qapıçısı Uqo Lloris “Latsio” klubuna keçməyəcək.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun yeni iş yerində bir nömrəli qolkiper statusunu daşımaq istəməsidir.

Fransa millisinin keçmiş çərçivə qoruyucusu əsas heyətdə çıxış etməyəcəyi komandada oynamaq fikrində deyil.

O, 2012-ci ildən “Tottenhem”də çıxış edir. Llorisin klubla müqaviləsi cari mövsümünün sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button