Qadınlar arasında dünya çempionatı: “Bürünc”ün sahibi məlum oldu
Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatında bürünc medal qazanan komanda məlum olub.
Komanda.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda İsveç və Avstraliya milliləri üz-üzə gəliblər.
Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 30-cu dəqiqədə penaltidən Fridolina Rolfo və 62-ci dəqiqədə Kosovare Asllani vurub.
Finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək. Oyun saat 14:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin