Xorvatiyalı futbolçu “Renn”i Almaniya klubuna dəyişdi
“Renn”in yarımmüdafiəçisi Lovro Mayer “Volfsburq”un futbolçusuna çevrilib.
Komanda.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı xorvatiyalı ilə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formada çıxış edəcək.
Daha əvvəl bu müqavilənin “Volfsburq”a 30 milyon avroya başa gələcəyi bildirilirdi.
Mayer 2021-ci ildən “Renn”də çıxış edirdi. O, Fransa klubunda 79 oyun keçirib, 9 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin