Tsokayev dünya üçüncüsü oldu

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər arasında medalçılar müəyyənləşiblər.

Azərbaycan güləşçilərindən Ali Tsokayev (79 kq) mundialın bürünc medalını qazanıb. O, iranlı Fərzad Saficahanşahiyə tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Ruslan Abdullayev (57 kq) isə bürünc medal uğrunda görüşdə ermənistanlı Edik Harutyunyana məğlub olub – 4:8.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button