Mustafayev yeni komandasında ilk rəsmi matçına çıxdı
Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin yeni komandası – “Polesye” də növbəti matçlarına çıxıb.
Sözügedən komanda “Rux”u qəbul edib və 0:1 hesabıyla uduzub.
Emil də bu görüşün iştirakçısı olub. O, bu matçın start heyətində meydana çıxmaqla yeni komandasında ilk rəsmi matçını keçirib. Mustafayev fasilədə əvəzlənib.
3 turdan sonra “Polesye” 3 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin