“Bütün amillərdə “Sabah”dan geri qaldıq”
Serbiyanın “Partizan” komandasının baş məşqçisi İqor Dulyay Bakıda “Sabah”a 0:2 hesabı ilə uduzduqları Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Sabah”ın təzyiqi qarşısında tab gətirə bilmədik. Bütün amillərdə rəqibdən geri qaldıq. Müdafiəçilərə fikirləşməyə vaxt vermirdilər. 15-20 dəqiqədən sonra oyuna qoşula bildik, amma artıq gec idi. Bu gün cavan “Sabah” yaşlı “Partizan”a dərs keçdi. Rəqib baş məşqçini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik”.
O, bu yay “Neftçi”dən transfer etdikləri Matias Saldanyanın çıxışına da toxunub: “Əla futbolçudur, ona inanıram. Yüksək səviyyədə çıxış edir. Sadəcə, uyğunlaşması üçün vaxt lazımdır”.
Dulyay növbəti mərhələ şanslarını da dəyərləndirib: “Bir az sakitləşib, oyunu təhlil etməliyik. Öz meydanımızda başqa oyun göstərə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşısını etmək olar”.
Bizi Facebook-da izləyin