“Eşitdim ki, onlar mənimlə çox maraqlanırlar”
“Sevilya”nın futbolçusu Cibril Sou “Ayntraxt”dan (Frankfurt) hansı səbəbdən İspaniya təmsilçisinə keçdiyini açıqlayıb.
Komanda.az “Diario de Sevilla”-ya istinadən xəbər verir ki, o, “Sevilya”nın xarakterinə uyğun gəldiyini söyləyib:
“Eşitdim ki, onlar mənimlə çox maraqlanırlar. Həm də, xarakterimə çox uyğun gələn klubdur. La Liqa klubunun oyun tərzi ilə də mənim üslubum üst-üstə düşür”.
26 yaşlı futbolçu 2019-cu ildən Almaniya klubunda forma geyinirdi. Sou Frankfurt təmsilçisinin heyətində 160 oyuna çıxıb, 8 qol vurub və 13 məhsuldar ötürmə edib.
“Sevilya” isveçrəli futbolçu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin