La Liqa klubu “Mançester Yunayted”in futbolçusundan əl çəkmir
“Real Sosyedad” yarımmüdafiəçi Donni van de Beeki transfer etməklə bağlı “Mançester Yunayted”lə danışıqları davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa klubu niderlandlının keçidini qarşıdakı bir neçə gün ərzində yekunlaşdırmağı planlaşdırır.
26 yaşlı futbolçu 2020-ci ildən “qırmızı şeytanlar”ın formasını geyinir. Onun MY ilə müqaviləsi 2025-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin