“Cüdo insana doğru yolu göstərir” – Rüstəm Orucov
İki gün əvvəl karyerasını başa vurduğunu elan edən azərbaycanlı cüdoçu Rüstəm Orucov Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, 32 yaşlı idmançı cüdonun insan həyatına müsbət təsirindən bəhs edib:
“Cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam. Cüdo insana doğru yolu göstərir. Bu idman növü mənə çox şey öyrətdi – yaxşı davranmağı, başqalarına hörmət etməyi. İndi gələcək nəsil ilk növbədə pis vərdişlərdən uzaq olmalı, yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoymalı və son ana qədər mübarizə aparmalıdır. Mən podiuma qalxdığım anı həmişə xatırlayacağam”.
Karyerası ərzində iki dəfə dünya ikincisi olan, 2016-cı ildə isə Avropa çempionluğu titulunu qazanan Rüstəm Orucov, eyni zamanda, 16 dəfə “Böyük Dəbilqə”, 12 dəfə “Qran-pri” yarışlarında mükafatçılar sırasına düşüb.
Bizi Facebook-da izləyin