Minskdə ardıcı üçüncü məğlubiyyət
Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB Oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:9 hesabı ilə məğlub olub.
U-19-un qolunu Bəyoğlan Vəlizadə vurub.
Millimiz turnirdə növbəti oyununu avqustun 11-də Rusiya yığmasına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin