“Bu, hər iki oyunda hiss olundu” – İlqar Aslanov
Minskdə təşkil olunmuş MDB Oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Qırğızıstan yığması ilə qarşılaşıb və 2:5 hesabıyla məğlub olub.
Komanda.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov matçdan sonra federasiyanın mətbuat xidmətinə bunları söyləyib:
“Yüksək Liqada mövsüm başa çatdıqdan sonra, demək olar, oyun keçirməmişdik. Bu, hər iki oyunda hiss olundu. Rəqibimiz isə əksinə, turnirə yaxşı hazırlaşıb. Heç-heçə etmək, hətta qələbə qazanmaq imkanımız da var idi. Hesabı biz açdıq, fasiləyə qədər daha bir qol vurduq. Ancaq oyun təcrübəsinin azlığı, bəzi futzalçıların ilk dəfə belə yarışa qatılması sözünü dedi. Üstəlik, ardıcıl iki gün meydana çıxmaq da çətinlik yaratdı”.
Bizi Facebook-da izləyin