Avstraliya FİFA-ya müraciət etdi
Avstraliya 2034-cü ildəki dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya müraciət ünvanlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avstraliya Futbol Federasiyasının baş direktoru Ceyms Conson açıqlayıb.
O, bildirib ki, qadınlar arasında dünya çempionatına uğurla ev sahibliyi etdikləri üçün bu qərara gəliblər:
“Qadınlar arasında təşkil olunan mundialı digər yarışlar üçün tramplin kimi görürük. Diqqətimizi DÇ-2034-ə və 2029-cu ildə reallaşacaq klublararası dünya çempionatına yönəldəcəyik”.
Hazırda Avstraliya və Yeni Zelandiyada qadınlar arasında dünya çempionatı keçirilir. Yarışa avqustun 20-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin