Universiada: Daha bir azərbaycanlı cüdoçu medal qazanıb

Çinin Çendu şəhərində keçirilən Ümumdünya Yay Universiadasında daha bir azərbaycanlı cüdoçu medal qazanıb.

Komanda.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən Rəşid Məmmədəliyev mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Bu mərhələdə idmançımız ispaniyalı Aytor Alonsonu ipponla məğlub edib.

Məmmədəliyev 1/4 finalda italyan Eduardo Melladan üstün olmağı bacarıb. Finala gedən yolda isə o, Monqolustandan olan Uranbayar Odgerelə qalib gəlib.

Həlledici qarşılaşmada isə yapon Tatsuki İşiharaya məğlub olan Məmmədəliyev Umiversiadanı gümüş medalla başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button