“Mahir Emrelinin nəticəyə ciddi töhfəsi oldu” – Baş məşqçi

Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya çempionatının 2-ci turunda “İstra”nı 3:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, Emreli bu matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qarşılaşmadan sonra Zaqreb təmsilçisinin baş məşqçisi İqor Bişçan Mahir haqda danışıb. O, 26 yaşlı forvardın qələbəyə töhvə verdiyini bildirib:

“Start  heyətində çoxlu yeni oyunçularımız var idi. Ona görə də, debütantlarla necə görünəcəyimizi fikirləşirdim. Amma hər şey əla alındı. Oynayanların hamısı yaxşı idi. Xüsusən də, yeni gələn oyunçulardan Takuro Kaneko və Maksim Bernauer. Etiraf etmək lazımdır ki, uzun fasilədən sonra əsas heyətdə yer alan və xeyli müddət meydanda olan Mahir Emrelinin nəticəyə ciddi töhfəsi oldu. Biz həqiqətən, bu görüşdə xeyli pozitiv məqam və keyfiyyət gördük”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button