“Betis” “Barselona”nın 2 futbolçusu ilə İskonu heyətinə qatdı
“Betis” heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Sevilya”dan azad agent kimi ayrılmış İsko ilə müqavilə bağlayıb.
“Real”ın və İspaniya yığmasının sabiq yarımmüdafisəçisi ötən ilin dekabrından işsiz idi. O, yeni klubu ilə 1 illik anlaşıb.
Geridə qalmış 2022/2023 mövsümündə İsko “Sevilya”nın heyətində 19 oyunda meydana çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Betis” “Barselona”nın iki futbolçusunu – Aleks Kolyado və Çadi Riadı da heyətinə qatıb. Mərakeşdən olan 20 yaşlı Çadi satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb.
Kolyado isə “Barselona”dan azad agent kimi ayrılaraq “Betis”lə 6 illik (2029-cu ilin 30 iyununa kimi) müqavilə bağlayıb. 24 yaşlı sağ cinah vingeri daha öncə icarə əsasında “Elçe” və “Qranada”da da forma geyinib.
Bizi Facebook-da izləyin