“Qarabağ” cavab matçında mütləq aqressiv oynayacaq” – “Rakuv”un futbolçusu
“Rakuv” klubunun futbolçusu Zoran Arseniç “Qarabağ”la UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Rakuv”un kapitanı “Qarabağ”ın ikinci qoluna əsəbiləşdiyini deyib:
“Qarabağ”ın ikinci qoluna əsəbiləşdim. Rəqibin birinci qolu qarşısıalınmaz oldu. Çünki hücumçuları başla gözəl zərbə vurdu. Bu, “Qarabağ”ın gücünün təsdiqi idi. Bundan sonra çətin anlar yaşadıq və fərdi səhvdən ikinci topu buraxdıq. Həmin epizodda daha diqqətli ola bilərdik. Buna baxmayaraq, özümüzdə güc taparaq qələbə qolunu vura bildik.
Rəqib cavab matçında mütləq aqressiv oynayacaq. Bizi çətin matç gözləyir, buna hazırıq. Ümid edirəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.
“Köhlən atlar” Polşadakı matçda 2:3 hesabı ilə uzudub. “Qarabağ”la “Rakuv” arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin