Kadi Borges uzunmüddətli zədədən sonra sıraya döndü

Rusiyanın “Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges uzunmüddətli zədədən sonra sıraya qayıdıb.

Komanda.az xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçinin agenti Helsio Alisk “Sport-Express” nəşrinə açıqlamasında bildirib.

O bildirib ki, 27 yaşlı oyunçu Moskva “Spartak”ına qarşı Rusiya Kubokunun qrup mərhələsinin ilk tur matçında meydana çıxa biləcək. Görüş iyulun 27-də baş tutacaq.

Xatırladaq ki, Kadi ötən mövsüm Premyer Liqanın XXIV turunda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə hava toqquşması zamanı ciddi xəsarət almışdı. Qarşılaşma aprelin 27-də keçirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button