İtaliya üçün darıxır – “Yuventus”un sabiq futbolçusu
İtaliyalı futbolçu Federiko Bernardeski ölkəsinə qayıtmaq istəyir.
Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, o, vətəni üçün darıxdığını deyib:
“İtaliya mənim vətənimdir, ora üçün darıxıram. Hazırda “Toronto”nun futbolçusuyam. Hansısa təklif gəlsə, klub və mən bu haqda düşünə bilərik. Başqa klubların sizinlə maraqlanması hər zaman xoşdur. Bundan sonra nələrin baş verəcəyini görəcəyik”.
29 yaşlı futbolçu 2022-ci ilin yayında azad agent kimi “Yuventus”dan “Toronto”ya keçib. İtaliyalı futbolçu “Toronto”da 36 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin