“Neftçi”dən növbəti transfer – VİDEO

“Neftçi” növbəti transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu Ervin Koffi ilə 2 illik müqavilə bağlanıb.

28 yaşlı sağ cinah müdafiəçisi yeni komandasının heyətində 99 nömrəli formanı geyinəcək.

Ervin Koffi Fransanın “Şatoru” (2015), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Yunanıstanın “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Fil Dişi Sahilindən olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib.

“Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button