“Araz-Naxçıvan”dan yeni transfer
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın yetirməsi olan Zamiq Əliyev qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.
Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi müxtəlif illərdə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də heyətində yer alıb. Bu gün tibbi müayinədən keçən müdafiəçi komandanın Qəbələdəki toplanışına qoşulacaq.
Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Nuno Rodriqes, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin