Bundesliqa klubundan Emre ilə yeni müqavilə
Almaniyalı yarımmüdafiəçi Emre Can Dortmund “Borussiya”sı ilə müqaviləsinin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, tərəflər arasında yeni müqavilə 2026-cı ilə qədər hesablanıb.
29 yaşlı türk əsilli futbolçu ötən mövsüm “Borussiya”nın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 3 qol vurub. O, 2020-ci ilin əvvəlindən “Borussiya”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin