Mahrez bu gün yeni klubunda tibbi müayinədən keçə bilər
“Mançester Siti”nin vingeri Riyad Mahrez “Əl-Əhli”yə keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar artıq 32 yaşlı əlcəzairlinin transferi üçün danışıqlar aparır və həftənin sonuna qədər müqavilə bağlamaq istəyirlər. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Mahrezin bu gün Səudiyyə Ərəbistanı klubunda tibbi müayinədən keçəcəyi gözlənilir.
Daha əvvəl bildirilmişdi ki, “Əl-Əhli” futbolçuya illik 46 milyon avro təklif etməyə hazırdır.
Mahrez 2022/23 mövsümündə “şəhərlilər”in heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 15 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin