“Milan”dan 19 milyonluq transfer
“Milan” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, İtaliya nəhəngi Niderland “Alkmar”ının yarımmüdafiəçisi Ticani Reyndersi heyətinə qatıb.
Niderlandlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Milan” bu transfer üçün “Alkmar”a 19 milyon avro ödəyib.
“Tvente”nin yetirməsi olan, “Zvolle” və “Valveyk”də də oynamış yarımmüdafiəçi 2018-ci ildən “Alkmar”da çıxış edirdi. O, bu komandada 128 oyunda 13 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin