Vəliyevadan DÇ-də daha bir qızıl, Paralimpiya Oyunlarına növbəti lisenziya
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında 400 metr qaçışda 55:34 saniyə nəticə göstərərək qızıl medala yiyələnib.
Komanda.az xəbər verir ki, o, bu nəticə ilə 17-ci Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.
Lamiyə Vəliyeva 100 metr qaçışda da qızıl medal qazanaraq Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin etmişdi.
Bu nəticə ilə Lamiyə Vəliyeva Yay Paralimpiya Oyunlarında ölkəmizi 2 növdə (100 metr və 400 metr) təmsil edəcək.
Xatırladaq ki, dünya çempionatında paraatletika idman növü üzrə Paris-2024 Yay Paralimpiya Oyunlarına 5 lisenziya əldə edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin