İranlı futbolçu üçün 30 milyon avro tələb edirlər

“Portu”nun hücumçusu Mehdi Taremi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya klubu 30 yaşlı oyunçu üçün 30 milyon avro tələb edir. Lakin onlar 25 milyon avro+bonuslar təklifinə də razılaşa bilərlər.

İranlı futbolçu 2020-ci ildən “Portu”da çıxış edir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 51 oyuna çıxıb, 31 qol vurub və 14 məsuldar ötürmə edib.

Xatırladaq ki, forvardı heyətində görmək istəyən İtaliya klublarının adları hələ açıqlanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button