Almaniyanın 2 klubu “İnter”in futbolçusuna “elçi düşüb”
“İnter”in yarımmüdafiəçisi Robin Qozens Almaniya klubu “Volfsburq”a keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 29 yaşlı futbolçu üçün 14 milyon avro ödəyə bilər.
Müqavilədə futbolçunun məcburi satınalma bəndinin də yer alacağı qeyd olunub. “Union” (Berlin) də yarımmüdafiəçi ilə yaxından maraqlanır.
Qozens 2022-ci ilin yanvarından İtaliya klubunda forma geyinir. O, başa çatan mövsümdə bütün yarışlar daxil olmaqla 49 oyuna çıxıb və dörd qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin