“Arsenal”dan 40 milyonluq transfer

“Arsenal” “Ayaks”dan Yurrien Timberi transfer etdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı niderlandlı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb.

Britaniya mətbuatı “Arsenal”ın bu transfer üçün “Ayaks”a 40 milyon avro və 5 milyon bonus ödəyəcəyini yazıb.

Timber ötən mövsüm Niderland çempionatında 34 oyuna çıxıb, 2 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button