“Rays üçün 123 milyon avro? Çox azdır!”
“Vest Hem”in hücumçusu Canluka Skamakka komanda yoldaşı Deklan Raysın Londonun “Arsenal” klubuna mümkün transferi haqqında danışıb.
Komanda.az “La Gazetta dello Sport”-a istinadən xəbər verir ki, o, 123 milyon avronun Rays üçün az olduğunu bildirib:
“Deklan üçün 123 milyon avro? Çox azdır! O, əla oyunçudur, mənə Stiven Cerrardı xatırladır. O, indiyə qədər birlikdə oynadığım ən yaxşı yarımmüdafiəçidir”.
Daha əvvəl 24 yaşlı Raysın yeni mövsümü “Arsenal”da keçirəcəyi qeyd olunmuşdu. Rays “Çelsi”nin məzunudur, lakin o, 10 ildən artıqdır ki, “Vest Hem”də çıxış edir. Onun “Vest Hem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin