İtaliya klubundan “Vasko da Qama”ya

İtaliyanın “Bolonya” klubu çilili yarımmüdafiəçisi Qari Medellə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu klubla müqaviləsinin müddəti bitən 35 yaşlı futbolçu azad agent kimi Braziliya “Vasko da Qama”sına keçib.

O, yeni klubu ilə 2024-cü ilin 31 dekabrına kimi anlaşıb.

Medel 2019-cu ildən “Bolonya”da forma geyinirdi. O, “Beşiktaş”, “İnter”, “Sevilya”, “Boka Xuniors”, “Kardiff Siti” və “Universidad Katolika” klublarının da formasını geyinib, Çili yığmasında 152 oyunda 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button